
Gördüyünüz bu rəsmi xüsusi olaraq “Rumi günləri” üçün çəkmişdim. 21 oktyabrda...
“Müasir İncəsənət Mərkəzi”ndə İran, Türkiyə və Azərbaycan rəssamlarının əsərlərinin nümayiş etdirildiyi sərgidə bu rəsm də vardı. Orada rəsmləri nümayiş etdirilən rəssamlar arasında ən gənci mən idim. Şəklin daha mənalı olması üçün Mövlana Cəlaləddin Ruminin həyatı, fəlsəfəsi və Sufizm barədə 80 səhifədən artıq material oxudum. 25 gündən artıq vaxt sərf etdim və nəticədə bu alındı. Yəqin, çoxlarınızı bu rəsmdəki mənalar maraqlandırır. Elə isə keçdik mənalara;-)Daş divarda yuxarı sol küncə yapışdırılan vərəqdə diqqətlə baxanda Allah yazızı oxunur. Eyni zamanda bu yazı da elə yazılıb ki, Mövləvilərin nümayiş etdirdikləri Səma rəqsinə bənzəyir. Yəni, bu hissədə həm Səma rəqsini oynayan mövləvi var, həm də Allah yazısı....Yuxarı sağ küncdəki vərəqdə evin daxili görünüşü təsvir olunub. Sufilərin fəlsəfəsinə görə yaşadığımız ev qəbir kimidir, geydiyimiz paltar isə kəfən kimidir... Aşağı sol küncdəki vərəqdə isə hekayə əsasında yazılıb. Rumi belə nəql edir ki, yolda gedən 4 insan pul tapır. Hərə bu pula bir şey almaq istəyir. Amma onlar bir-birinin dilini başa düşmürlər. Nəticədə üz-üzə gəlib dava edirlər. Əslində isə onların hər biri bu pula üzüm almaq istəyir. Amma onlar fərqli dildə danışdıqlarında bir-birini başa düşmürlər. Bununla da Rumi demək istəyir ki, bəzən biz eyni cür düşünürük, amma fikirlərimizi başqa cür ifadə etdiyimizdən bir-birimizi anlamırıq. Dünyadakı bu ziddiyyətlər də məhz bu anlaşılmazlıqlar üzündən meydana gəlir. Aşağı sağ küncdə isə boş kisə təsvir olunub. Sufilər üçün isə bu kisə boş deyil. Onların fikrincə sevən adam sevgisini gözlərilə yox, xəyalları ilə görür. Bu vərəqlər daş divar üzərinə yapışdırılıb. Bu daş divar isə bizə hekayələrin arxasında duran mənalara çatmaqda mane olur. Amma aqil şəxs bu daş divarı bir kağız kimi yırtaraq arxada duran mənaya yəni, Mövləviliyə çata bilər...Çox oldu deyəsən... Səbrinizə görə minnətdaram. Bu rəsmə yazdığınız şərhlər mənim üçün maraqlı olacaq.

Chingiz bey,ela!!! menim 4ox xoshuma geldi,resm de,a4iqlamasi da...size ugurlar...
Oktyabr 27, 2007 17:25