
Bir gün dincələrkən Vaqif Mustafazadənin musiqilərini dinləyirdim. Gözlərimi yummuşdum. Birdə gördüm ki,...
Dənizdən əsən sərin meh dalğaları sahilə qovuşdurur. Sahildə isə bir Əl bu dalğalara toxunaraq musiqi sədaları yaradır. Hər dəfə bu Əlin barmaqları dalğalara toxunaraq daha da gözəl musiqi yaradırdı. Musiqi gözəl alındıqca həmin barmaqlar daha inamla çalırdı. İnamlı olduğundan musiqinin tonu yüksəlirdi. Beləliklə də, dalğaların daha yüksəyə qalxmasına səbəb olurdu. Elə bu yerdə musiqi qurtardı və mən xəyallar dünyasında reallığa qayıtdım. Dinlədiyim həmin musiqinin sədalarından ilham alaraq bu rəsmi çəkdim. Xəyallarımda canlanan həmin Əl və Barmaqlar Vaqif Mustafazadəyə məxsus idi...Vaqif Mustafazadənin timsalında ölümündən sonra da insanlara ilham verən dahilərin RUHLARI ŞAD OLSUN!!! Gördüyünüz bu rəsmi Vaqif Mustafazadənin əziz xatirəsinə ithaf edirəm...


Salam.Tebrik edirem yeni blog munasibetile.Her halda mene cox maraqli oldu(yeqinki bilirsen niye)Cunki deyirem belke bizim o ishden de xeber cixa
.Shekil cox xoshuma geldi.Ugurlar
Sentyabr 23, 2007 18:53